​Azərbaycanda bank təminatlı yeni sığorta məhsulların yaradılması nəzərdən keçirilir

​Azərbaycanda bank təminatlı yeni sığorta məhsulların yaradılması nəzərdən keçirilir Azərbaycanda mikrosığortanın yaradılmasına və inkişaf etdirilməsi istiqamətində addımların atılması müzakirə olunacaq
Maliyyə
29 Aprel , 2015 13:31
​Azərbaycanda bank təminatlı yeni sığorta məhsulların yaradılması nəzərdən keçirilir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti ilə görüş keçirilib. Tərəflər Azərbaycanda sığorta bazarının vəziyyəti, mövcud problemlər, bu sahənin inkişaf etdirilməsi, ASA-nın bu istiqamətdə gördüyü işlər barədə müzakirələr aparıb.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Assosiasiyanın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, ADB-nin sığorta üzrə beynəlxalq eksperti Arman Oza, Bankın Azərbaycan üzrə eksperti İlkin Nəzərov iştirak ediblər.

Tədbirdə bildirilib ki, yeni sığorta məhsullarının, o cümlədən bank təminatlı məhsulların yaradılması, satış səviyyəsinin artırılması üçün yeni inkişaf və kommunikasiya kanallarının axtarılması, mikromaliyyə qurumlarının sığorta bazarına cəlb olunması üçün onlarla danışıqların aparılması məsələləri də nəzərdən keçilir.

Həmçinin görüşdə Azərbaycanda mikrosığortanın yaradılmasına və inkişaf etdirilməsinə dair addımların atılması, texniki dəstəyin verilməsi də müzakirə predmeti olub. Nəzərdə tutulub ki, bu ilin iyul ayında Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) mikrosığorta ilə bağlı da müzakirələr və seminarlar təşkil edilsin.

Son xəbərlər

Orphus sistemi