​Azərbaycanda bank müştərilərinin sayı 3% artıb

​Azərbaycanda bank müştərilərinin sayı 3% artıb Son bir ildə fiziki şəxslərin sayı 2,6% artsa da, hüquqi şəxslərin sayı 1,2% azalıb
Maliyyə
3 Dekabr , 2014 15:55
​Azərbaycanda bank müştərilərinin sayı 3% artıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının müştərilərinin ümumi sayı 2014-cü il noyabrın 1-nə 5 238 250-yə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bank müştərilərinin 5 138 124 nəfərini fiziki şəxslər, 100 126 nəfərini hüquqi şəxslər təşkil edib.

AMB-dən bildirilib ki, son bir ildə müştərilərin artımı əsasən fiziki şəxslər hesabına təmin olunub. Belə ki, fiziki şəxslərin sayında illik 2,6% artım müşahidə edildiyi halda, hüquqi şəxslərin sayı illik 1,2% azalıb.

Qeyd edək ki, noyabrın 1-nə müştəri hesablarının sayı 13 713 762-yə çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% çoxdur. Müştəri hesablarının 10 083 739-u cari, 626 701-i depozit hesablarının payına düşür. Cari hesablar ötən ilin eyni dövrü ilə müqayisədə 28,3%, depozit hesabları isə 19,9% artıb. Cari hesabların 9 901 652-si fiziki, 182 087-si hüquqi şəxslərə aid olub.

Son xəbərlər

Orphus sistemi