​Azərbaycanda bank müştərilərinin sayı 5,4 mln. nəfərə çatıb

​Azərbaycanda bank müştərilərinin sayı 5,4 mln. nəfərə çatıb Bank müştərilərinin sayı bu il 4% artıb
Maliyyə
8 İyul , 2015 13:52
​Azərbaycanda bank müştərilərinin sayı 5,4 mln. nəfərə çatıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 3,9%, illik müqayisədə isə 15,2% artaraq 2015-ci il iyunun 1-nə 5 mln. 348 min 165 nəfərə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, müştərilərin 5,2 mln. nəfəri fiziki şəxslər, o cümlədən 173,1 mini sahibkarlıqla məşğul olanlar, 1,1 mln. nəfəri isə hüquqi şəxslərdir. Bildirək ki, ölkədə bank müştərilərinin sayında ən yüksək göstərici - 5 mln. 356 min 242 nəfər - ötən ilin dekabrın 1-də qeydə alınıb.

Hesabata əsasən, müştəri hesablarının sayında da artım müşahidə olunub. Müştəri hesabları ilin əvvəlindən 6,9%, illik isə 29,1% artaraq bu ilin iyunun 1-nə 14 mln. 948 min 439 ədəd təşkil edib. Bunun da 11,4 mln. ədədi cari, 3,1 mln. ədədi kredit, 425,2 mini depozit hesablarıdır.

Son xəbərlər

Orphus sistemi