Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin kredit hesablarının sayı bu il martın 1-nə 2,433 mln. ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 48,4 min və yaxud 2%-ə yaxın azdır.
Ay ərzində depozit hesablarında da azalma olub. Belə ki, müştərilərin depozit hesabları 7,7 min ədəd və yaxud 2,3% azalaraq 335,1 minə düşüb.
Fevralın sonuna banklarda müştərilərin, ümumilikdə, 13,402 mln. hesabı olub ki, bunun da 13,634 mln. ədədini və yaxud 83%-ni cari hesablar təşkil edib.