Azərbaycanda bank kreditləşməsi bu il 28% azalıb

Azərbaycanda bank kreditləşməsi bu il 28% azalıb Aylıq müqayisədə isə azalma 6% olub
Maliyyə
2 Dekabr , 2016 14:54
Azərbaycanda bank kreditləşməsi bu il 28% azalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu kredit qoyuluşları 2016-cı il noyabrın 1-nə 15 346,7 mln. manat təşkil edib. 

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 927,3 mln. manat və yaxud 5,7% azdır.

İlin əvvəlinə nisbətən kredit qoyuluşları 5 817,8 mln. manat və yaxud 27,5%, son bir ildə isə 2 653,7 mln. manat və yaxud 14,7% azalıb.

Son xəbərlər

Orphus sistemi