Yuxarı

​Azərbaycanda bank kreditlərinin investisiya qoyuluşunda payı artıb

Əsas kapitala məcmu sərmayələrdə bank kreditlərinin xüsusi çəkisi 7,7%-ə çatıb

Bakı. 23 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitlərin 330,3 mln. manatını bank kreditləri təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, investisiya qoyuluşunda bank kreditlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən (müqayisəli qiymətlərlə)16,1% artıb.

Hesabata əsasən,  əsas kapitala cəmi sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi də ötən ilin eyni dövrünə nisbətən 3,3 faiz bəndi artaraq 7,7%-ə çatıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 291,3 mln. manat vəsait yönəldilib, bunun 3 724,7 mln. manatı və ya 86,8%-i məhsul istehsalı obyektləri, 405,7 mln. manatı və ya 9,5%-i xidmət sahələri üzrə obyektlər, 160,9 mln. manatı və ya 3,7%-i isə ümumi sahəsi 443,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi