Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bank kreditləri artmağa başlayıb

    İllik müqayisədə isə bankların kredit qoyuluşları 9% azalıb

    Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyunda banklar tərəfindən kredit qoyuluşu artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

    Belə ki, iyulun 1-nə bankların məcmu kredit portfeli 17 885,4 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 1,35% və yaxud 237,1 mln. manat çoxdur.

    Kredit qoyuluşu ilin əvvəli ilə müqayisədə 15,5%, illik müqayisədə isə 9,2% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi