Yuxarı

Azərbaycanda bank hesabları sosial şəbəkə vasitəsilə də açıla bilər

​Azərbaycanda bank hesabları sosial şəbəkə vasitəsilə də açıla bilər
© Report / Firi Salim — Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov

Azərbaycanda bank müştərilərinin hesablarının eyniləşdirilməsində 3-cü tərəflərin iştirakına növbəti inkişaf mərhələsində baxıla bilər”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov bildirib.

“Bizim bank sistemi üçün hesabların məsafədən açılması ilkin addımdır. Hazırkı təqdim olunan ilkin həll yolunda üçüncü tərəf üzərindən, sosial şəbəkə üzərindən müştərinin eyniləşdirilməsi nəzərə tutulmayıb. Düşünürəm ki, bu məsələ həm cari müzakirələrin mövzusudur, həm də məntiqi nəticəyə gəldikdən sonra, növbəti inkişaf mərhələsində baxıla bilər. Etiraf edək ki, rəqəmsal texnologiyanın tətbiqi zamanı sıçrayışlı addımın atılması qarşısıalınmaz risklərin meydana gəlməsinə səbəb ola bilər”, - T.Rüstəmov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi