Yuxarı

Azərbaycanda bank əmanətlərinin həcmi 2% azalıb

Xarici valyutada əmanətlərin həcmi isə 4% azalıb

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 2016-cı il aprel ayının 1-nə 7 888,9 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmi martın 1-nə nisbətən 188,4 mln. manat və ya 2,33% azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə fiziki şəxslərin depozitləri 107,3 mln. manat və ya 1,38% artıb.

Fiziki şəxlərin manatla əmanətlərinin həcmi aprelin 1-nə 1 511,6 mln. manat təşkil edib. Bu, martın 1-nə olan göstəricidən 102,5 mln. manat və ya 7,27% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə isə manat əmanətləri 1 185,4 mln. manat və ya 44% azalıb. 

Xarici valyutada fiziki şəxslərin əmanətləri aprelin 1-nə 6 377,3 mln. manat təşkil edib ki, bu da martın 1-nə olan göstəricidən 291,1 mln. manat və ya 4,36% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə xarici valyutada əmanətlər 1 292,7 mln. manat və ya 25,4% artıb.

"Report"un analitik qrupu qeyd edir ki, fiziki şəxslərin əmanətlərinin azalması əhalinin artan xərcləri fonunda gəlirlərin getdikcə azalması ilə əsaslandırılır. İqtisadi fəallığın artması ilə əhalinin əmanətlərinin yenidən yüksəlişə keçməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi