Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür

Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür Əmanətlər üzrə ən aşağı gəlirlik Naxçıvan və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə qeydə alınıb
Maliyyə
14 May , 2015 14:53
Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların əhalidən cəlb etdiyi əmanətlərin 92,3%-i və ya 7,2 mlrd. manatı paytaxt Bakının payına düşüb. Bakı üzrə əmanətlərin gəlirliiyi illik 8,2% təşkil edir.

"Report"un Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən verdiyi xəbərə görə, ən yüksək orta gəlirlik (8,7%) Abşeron iqtisadi rayonunda, ən aşağı isə (4,5%) Naxçıvan və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə qeydə alınıb. 

Hesabata əsasən, iqtisadi rayonlar üzrə cəlb olunan əmanətlərin həcminə görə isə ən yüksək göstərici (194,5 mln. manat və ya 2,5%) Abşeron rayonunda qeydə alınıb. Ən aşağı göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu (2,3 mln. manat və ya 0,03% olub, orta gəlirlik - 5,7%) üzrə olub. Naxçıvan iqtisadi rayonunda əmanətlərin həcmi 23,8 mln. manat (0,31%), Yuxarı Qarabağ iqtisadi rayonunda isə 15,5 mln. manat (0,2%) təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin həcmi aylıq müqayisədə 1,91% azalaraq 2015-ci il aprelin 1-nə 7 781,6 mln. manat təşkil edib. Bunun 2 697,0 mln. manatı milli valyutada yerləşdirilib. Bildirək ki, devalvasiya ilə əlaqədar milli valyutada yerləşdirilən əmanətlərin həcmi azalmaqda, xarici valyutada isə əksinə artmaqda davam edir. Əgər ilin əvvəlində əmanətlərin həcmində manatla əmanətlər üstünlük təşkil edirdisə, hazırda vəziyyət tərsinə dəyişib. Belə ki, ilin əvvəlinə əsasən, bank əmanətlərinin 4 422,4 mln. manatı milli, 2 766,0 mln. manatı xarici valyutada yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi