Azərbaycanda bank əmanətləri son 21 ayda 2 dəfə azalıb

Azərbaycanda bank əmanətləri son 21 ayda 2 dəfə azalıb "Report": Əhalinin real gəlirlərinin azalması 2017-ci ildə davam edəcək
Maliyyə
8 Dekabr , 2016 15:37
Azərbaycanda bank əmanətləri son 21 ayda 2 dəfə azalıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunda son 21 ayda əmanətlərin real həcmi 2 dəfəyə yaxın azalıb.

"Report"un analitik qrupu xəbər verir ki, 2015-ci il yanvarın 1-nə banklarda olan əmanətlərin dollar ifadəsində ümumi həcmi təqribən 9,17 mlrd. ABŞ dolları təşkil edib. Manat əmanətlərinin həcmi 4,422 mlrd. manat (5,64 mlrd. dollar), xarici valyutada olan əmanətlərin həcmi isə 2,766 mlrd. manat (3,53 mlrd. dollar) olub. Bu ilin oktyabrın 1-nə isə manat əmanətləri 1,426 mlrd. (0,86 mlrd. dollar), xarici valyutada əmanətlər isə 6,388 mlrd. manat (3,95 mlrd. dollar) təşkil edib ki, bununla da ümumilikdə əmanətlərin həcmi 4,81 mlrd. dollara bərabər olub. Nəticədə, son 21 ayda əmanətlərin həcmi 47,5% azalıb. Bu ilin əvvəlindən isə əmanətlərin real həcmi 20,4% azalma göstərib. 

"Azalma tamamilə xarici valyutada olan əmanətlər üzrə qeydə alınıb. Bu da o deməkdir ki, dolların məzənnəsinin ilin əvvəlinə 1,5610 AZN/USD, oktyabrın 1-nə isə 1,6170 AZN/USD olmasına baxmayaraq, əmanətlərin manat ifadəsində həcmi 17,5% azalıb. Məzənnə fərqi də nəzərə alınmaqla əmanətlərin real həcmində fərq -20,4% təşkil edib", - deyə analitiklər qeyd ediblər.

"Report"un analitik qrupu hesab edir ki, əhalinin əmanətlərinin azalması real gəlirlərin azalması ilə bağlıdır. İqtisadi artımda mənfi tendensiya əhalinin real gəlirlərinin 2017-ci ildə də azalmasına səbəb olacaq. Belə ki, beynəlxalq maliyyə təşkilatları 2017-ci ildə Azərbaycanda iqtisadi azalmanın olacağını proqnozlaşdırırlar. Bu da bank sektorunda əmanətlərin həcmini bir qədər də azldacaq. Nəticədə, bank sektoru likvidlik problemi ilə üzləşə bilər. 

Aşağıdakı diaqramda 2010-cu il yanvarın 1-dən etibarən əhalinin əmanətlərinin strukturunda dəyişiklik tendensiyası nümayiş etdirilib:

Son xəbərlər

Orphus sistemi