Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bank əmanətləri azalıb

    İllik müqayisədə isə əhalinin banklardakı əmanətlərinin həcmi fevralın 1-nə 10% artıb

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 2015-ci ilin yanvar ayı ərzində 0,93% azalaraq fevralın 1-nə 7,121 mlrd. manat təşkil edib. İllik müqayisədə isə əmanətlərin həcmində 10,38% artım qeydə alınıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.

    Qeyd edək ki, 2014-cü il ərzində əhalinin bank əmanətlərinin həcmi 12,4% artaraq bu ilin əvvəlinə 7,188 mlrd. manat olub. 

    Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən bu ildən gəlir vergisi tutulur. Bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci il yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq edilir. Mərkəzi Bankın hesabatına əsasən, 2014-cü ilin 11 ayında Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib.

    Ekspertlərin fikrincə, bu il fevralın 21-də manatın devalvasiyası nəticəsində əhalinin banklardan manatla olan əmanətlərini geri alması və banklara inamın itirilməsi ilə əmanətlərin həcmində azalma davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi