​Azərbaycanda bank əmanətləri 11% artıb

​Azərbaycanda bank əmanətləri 11% artıb Manatın devalvasiyası bankların kapitalına neqativ təsir edib
Maliyyə
13 Aprel , 2015 18:06
​Azərbaycanda bank əmanətləri 11% artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında yerləşdirilən əmanətlərin ümumi həcmi 2015-ci martın 1-nə 7 932,7 mln. manat təşkil edib. Bu, fevralın əvvəli ilə müqayisədə 811,4 mln. manat və ya 11,4% çoxdur.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu artım əsasən dollarda olan bank əmanətlərinin devalvasiya nəticəsində manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.

Bununla yanaşı, hesabat ayında bank sektorunun məcmu kapitalı 43,7 mln. manat və ya 1% azalaraq 4 281,8 mln. manat təşkil edib. Məcmu kapitalının azalması bankların devalvasiya zamanı (məzənnə fərqindən) üzləşdiyi zərərin kapital vəsaitlərindən istifadə edərək kompensasiya etməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi