​Azərbaycanda bank əmanətləri 11% artıb

​Azərbaycanda bank əmanətləri 11% artıb Əhalinin kommersiya banklarındakı əmanətlərinin həcmi 7 mlrd. manat həddini keçib
Maliyyə
24 Noyabr , 2014 07:05
​Azərbaycanda bank əmanətləri 11% artıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il noyabrın 1-nə 7,005 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 702 mln. manat və ya 11,1% çoxdur.

Eyni zamanda, ilin əvvəlindən bank əmanətlərinin həcmi 609 mln. manat və ya 9,5%, oktyabr ayında isə 45 mln. manat və ya 0,7% artıb.

Beləliklə, ötən illə müqayisədə əmanətlərin artım tempi azalıb. Qeyd edək ki, 2013-cü il ərzində əmanətlərin artımı 25,1% təşkil edib. Ötən ilin yanvar-oktyabr aylarında isə artım 23,3% təşkil edib.

Son xəbərlər

Orphus sistemi