Yuxarı

Azərbaycanda bank depozitlərinin həcmi azalıb

Report: Valyuta depozitlərinin ilin sonuna qədər artması gözlənilir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il avqustun 1-nə 23 248,9 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, depozitlərin həcmi iyulun 1-nə nisbətən 117,9 mln. manat və ya 0,5% azalııb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5 035,3 mln. manat və ya 27,64% artıb.

Manatla depozitlərin həcmi bir ayda 22,2 mln. manat və ya 0,48% artıb, illik müqayisədə isə 233,9 mln. manat və ya 4,79% azalaraq 4 645,8 mln. manat təşkil edib. O cümlədən, müddətsiz depozitlər son bir ayda 128,7 mln. manat və ya 5,18%, illik nisbətdə 686,6 mln. manat və ya 35,66% artaraq 2 612 mln. manata çatıb. Müddətli depozitlər isə son bir ayda 106,5 mln. manat və ya 4,98%, illik müqayisədə isə 920,5 mln. manat və ya 31,16% azalaraq 2 033,8 mln. manat təşkil edib.

Xarici valyutada olan depozitlərin həcmi iyulda 140,2 mln. manat və ya 0,75% azalıb, ötən ilin analoji dövrünə nisbətən isə 5 269,2 mln. manat və ya 39,52% artaraq 18 603 mln. manat təşkil edib. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 200,4 mln. manat və ya 3,7% azalaraq, illik müqayisədə 1 741,7 mln. manat və ya 50,25% artaraq 5 207,4 mln. manata, müddətli depozitlər isə 60,2 mln. manat və ya 0,45%, illik nisbətdə 3 527,5 mln. manat və ya 35,75% artaraq 13 395,6 mln. manata çatıb.

"Valyutada olan depozitlərin həcminin artması iyul ayında Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi ilə izah olunur. Önümüzdəki aylarda bu tendensiyanın davam edəcəyi, əhalinin gəlirlərinin azalması fonunda manatla depozit portfelinin getdikcə azalacağı, dolların məzənnəsinin ilin sonuna qədər artması ilə dollar depozitlərinin yenidən yüksəlməsi ehtimal edilir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi