Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb Əmanət və kreditlər üzrə isə dollarlaşma dərəcəsi azalıb
Maliyyə
9 Avqust , 2017 14:37
Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb
Report

Bakı. 9 avqust . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyulun 1-nə 73,38% təşkil edib. Ötən ay bu göstərici 74,52%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,59% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyulun 1-nə 76,77% olub. Keçən ay bu göstərici 75,2%, bu il yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 80,21% təşkil edib.

Kreditlərin strukturunda isə 2017-ci il iyulun 1-nə dollarlaşma dərəcəsi 42,65%, yanvarın 1-nə 47,32%, ötən il iyulun 1-nə 48,11%-ə bərabər olub. Cari il iyunun 1-nə isə kreditlərin strukturunda dollarlaşma dərəcəsi 45,75% təşkil edib.

Son xəbərlər

Orphus sistemi