​Azərbaycanda bank aktivləri yanvarda azalıb

​Azərbaycanda bank aktivləri yanvarda azalıb Məcmu bank aktivləri illik müqayisədə 21% artaraq 24,838 mlrd. manata çatıb
Maliyyə
2 Mart , 2015 13:45
​Azərbaycanda bank aktivləri yanvarda azalıb

Bakı. 02 mart. REPORT.AZ/ Azərbaycan bank sistemi üzrə məcmu aktivlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,89% artaraq 2015-ci il fevralın 1-nə 24,838 mlrd. manata çatıb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə isə bankların məcmu aktivlərində 1,4% azalma qeydə alınıb.

Qeyd edək ki, 2014-cü il ərzində bank sisteminin aktivlərində 23,53% artım müşahidə olunub və bu ilin əvvəlinə 25,183 mlrd. manat təşkil edib. Ötən il aktivlərin həcmində sentyabr ayınadək müşahidə olunan artım həmin ay azalma ilə əvəzlənib. İlin əvvəlindən sentyabradək aktivlər 15,51% artaraq 23,547 mlrd. manata çatıb, oktytabrın 1-nə isə 23,506 mlrd. manata düşüb. Daha sonra isə artım tempi bərpa olunub.

Son xəbərlər

Orphus sistemi