Yuxarı
    Bağlamaq

    Azərbaycanda bağlanmış bankların əmlakı hərracda satılacaq

    ADIF-in icraçı direktoru Azad Cavadov: Bütün əmlakların qiymətləndirilməsi başa çatıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının əmlakının satışı açıq hərrac yolu ilə həyata keçiriləcək.

    “Report”un məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

    Onun sözlərinə görə, hazırda bu məqsədlə iki hərrac mərkəzi ilə danışıqlar aparılır: “Bütün əmlakların qiymətləndirilməsi başa çatıb. Əvvəlcədən bu barədə məlumat veriləcək, əmlakın şəkli, ölçüləri, ilkin satış qiyməti bildiriləcək. İstənilən şəxs qaydalara uyğun olaraq beh ödəyəcək və hərrac mərkəzlərində bu hərraclar baş tutacaq. Prosesə həm ADIF, həm də bankların kreditorları nəzarət edəcək. Rübdə bir dəfə kreditorlara əmlakın satışı ilə bağlı hesabat veriləcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi