Azərbaycanda bağlanmış bankın törəməsi olan BOKT-un yığılmış zərəri 18 mln. manata çatıb

Azərbaycanda bağlanmış bankın törəməsi olan BOKT-un yığılmış zərəri 18 mln. manata çatıb Bakı. 8 dekabr. REPORT.AZ/ “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 32,5% azalaraq bu il yanvarın 1-nə 85,428 mln. manat təşkil edib.
Maliyyə
8 Dekabr , 2018 15:41
Azərbaycanda bağlanmış bankın törəməsi olan BOKT-un yığılmış zərəri 18 mln. manata çatıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 32,5% azalaraq bu il yanvarın 1-nə 85,428 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Para”nın cəmi öhdəlikləri 31,7% azalaraq 64,548 mln. manat, cəmi kapitalı isə 34,9% azalaraq 20,88 359 min manat olub.

“Para” 2017-ci ili 10,683 mln. manat zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 17,6% çoxdur. Beləliklə, BOKT-un yığılmış zərəri 17,99 mln. manata çatıb. 

Son xəbərlər

Orphus sistemi