Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 222 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 222 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
29 Avqust , 2016 09:34
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 222 mln. manat kompensasiya ödənilib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 222,1 mln. manat pul ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,854 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36,98 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11,483 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 2,477 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 4,894 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 932 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,052 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 896 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,534 mln. manat kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi