Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 218 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 218 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
26 Avqust , 2016 15:31
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 218 mln. manat kompensasiya ödənilib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 218,1 mln. manatdan çox pul ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,699 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36,513 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,946 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 2,473 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3,138 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,052 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,6 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,504 mln. manat kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi