Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 206 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 206 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
24 Avqust , 2016 14:35
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 206 mln. manat kompensasiya ödənilib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi kommersiya banklarının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, indiyə qədər “Parabank” ASC-nin əmanətçilərinə 20,3 mln. manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 29,3 mln. manat, “Kredobank” ASC-nin əmanətçilərinə 9,9 mln. manat, “Dekabank” ASC-nin əmanətçilərinə 2,3 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 61,8 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan ümumi məbləğin təxminən 56%-ni təşkil edir.

Bundan başqa, bu həftədən başlayaraq "Atrabank" ASC-nin əmanətçilərinə 317,4 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçilərinə isə 140 min manat kompensasiya ödənilib. Ümumilikdə 2 bank üzrə 457,4 min manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 3%-ni təşkil edir.

Həmçinin, ilin əvvəlindən indiyə qədər "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə 24,052 mln. manat, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895,5 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119,5 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, bu 3 bank üzrə 144,448 mln. manat ödəniş edilib. Bu, ödənilməli məbləğin təxminən 97%-ni təşkil edir.

Qeyd edək ki, ümumilikdə sadalanan 9 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği 206 mln. manatdan (75%) çoxdur.

Son xəbərlər

Orphus sistemi