​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 38 mln. manat kompensasiya ödənilib

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 38 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
12 Avqust , 2016 11:12
​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 38 mln. manat kompensasiya ödənilib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 15,4 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 16,9 mln. manat, “Kredobank”ın əmanətçilərinə 4,1 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 2 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 38,4 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 35%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi