Yuxarı

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 34 mln. manat kompensasiya alıb

Bu, ödənilməli olan məbləğin təxminən 31%-ni təşkil edir

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 13,8 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 15,2 mln. manat, “Kredobank”ın əmanətçilərinə 3,6 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,7 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 34,3 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 31%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi