Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 724 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 724 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
2 Fevral , 2017 12:28
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 724 mln. manat kompensasiya ödənilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 723,976 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,135 mln. manat, “Zaminbank” ASC - 53,383 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,397 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,823 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi