Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,8 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,8 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
10 Yanvar , 2017 11:02
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,8 mln. manat kompensasiya ödənilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,8 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,976 mln. manat, “Zaminbank” ASC - 52,462 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,083 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,152 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 433,988 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi