Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,5 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,5 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortanması Fondu məlumat yayıb
Maliyyə
28 Dekabr , 2016 15:00
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 721,5 mln. manat kompensasiya ödənilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,497 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,916 mln. manat, “Zaminbank” ASC - 52,459 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,022 mln. manat, “Atrabank” ASC - 14,269 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,123 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 433,840 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi