Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 707 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 707 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
21 Noyabr , 2016 11:20
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 707 mln. manat kompensasiya ödənilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 706,765 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,852 mln. manat, “Zaminbank” ASC - 52,267 mln. manat, “Kredobank” ASC - 27,005 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,217 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,926 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 420,272 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi