Yuxarı
    Bağlamaq

    Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 691 mln. manat kompensasiya ödənilib

    Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb

    Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

    Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 690,885 mln. manat ödənilib.

    Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,786 mln. manat, “Zaminbank” ASC - 52,256 mln. manat, “Kredobank” ASC - 27,005 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,193 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,08 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 404,535 mln. manat kompensasiya alıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi