Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 527 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 527 mln. manat kompensasiya ödənilib "Bank Standard" QSC-nin qorunan əmanətçiləri 261,6 mln. manat kompensasiya alıblar
Maliyyə
21 Oktyabr , 2016 10:23
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 527 mln. manat kompensasiya ödənilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 527,259 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,821 mln. manat, “Zaminbank” ASC - 50,980 mln. manat, “Kredobank” ASC - 18,07 mln. manat, “Dekabank” ASC - 2,850 mln. manat, “Atrabank” ASC - 14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC - 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 261,624 mln. manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi