Yuxarı
    Bağlamaq

    Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 498 mln. manat kompensasiya ödənilib

    Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

    Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 498,126 mln. manat ödənilib.

    Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,977 mln. manat, “Kredobank” ASC - 18,07 mln. manat, “Dekabank” ASC - 2,876 mln. manat, “Atrabank” ASC - 14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 232,469 mln. manat kompensasiya alıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi