Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 345,8 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 345,8 mln. manat kompensasiya ödənilib "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 80,399 mln. manat kompensasiya alıblar
Maliyyə
15 Oktyabr , 2016 12:17
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 345,8 mln. manat kompensasiya ödənilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 345,755 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,922 mln. manat, “Kredobank” ASC - 17,977 mln. manat, “Dekabank” ASC - 2,850 mln. manat, “Atrabank” ASC - 13,899 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,846 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 80,399 mln. manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi