Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 1,2 mln. manat ödənilib

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 1,2 mln. manat ödənilib İSB noyabrda bu sığorta növü üzrə iki kompensasiya tələbi üzrə 7,8 min manat ödəyib
Maliyyə
3 Dekabr , 2014 10:14
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 1,2 mln. manat ödənilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycanda "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığorta şirkətləri tərəfindən 1 017 sığorta tələbi üzrə 1 188,3 min manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Ödənilmiş sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Cari ilin yanvar-noyabr ayları ərzində isə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə İSB iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 24,3 mln. manat həcmində ödəniş həyata keçirilib.

İSB noyabr ayında bu sığorta növü üzrə iki kompensasiya tələbi üzrə 7,8 min manat, yanvar-noyabr ayları ərzində isə 65 kompensasiya tələbi üzrə 220,7 min manat məbləğində kompensasiya ödənişi həyata keçirib.

Son xəbərlər

Orphus sistemi