Yuxarı

Azərbaycanda avtomobillərin icbari sığortası bazarı fevralda 25% artıb

Ötən ilin fevralı ilə müqayisədə bağlanan sığorta müqavilələrinin sayında isə 18% artım olub

Bakı. 1 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 75 590 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunların 8 974 ədədi xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Ümumilikdə, fevral ayı ərzində standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 mln. manat olub. Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18,2%, sığorta haqlarının məbləğində isə 24,7% artım müşahidə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi