Yuxarı

Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb

​Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb

147

© google.az

Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6,925 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

Son 1 ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 11,55% artaraq 6,059 milyon manata çatıb.

Ötən il bu sığortadan toplanmış hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 83,4 manat olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi