Azərbaycanda avtomobillərin icbarı sığortası bazarı 16% artıb

Azərbaycanda avtomobillərin icbarı sığortası bazarı 16% artıb Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanan müqavilələrin sayında isə 11% artım olub
Maliyyə
2 Sentyabr , 2015 12:54
Azərbaycanda avtomobillərin icbarı sığortası bazarı 16% artıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 679 556 müqavilə qeydiyyata alınıb. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 53 mln. manat olub.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, bunun 120 821-ni (17,8%) xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Bu cür müqavilələr üzrə sığorta daxilolmaları isə 3,223 mln. manat (6,1%) olub.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanan müqavilələrin sayında 11%, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi