Azərbaycanda avtomobillərin icbari sığorta bazarı 2% artıb

Azərbaycanda avtomobillərin icbari sığorta bazarı 2% artıb Hesabat ilində avtomobillərin icbari sığortası üzrə bağlanan müqavilələrin sayında da analoji artım qeydə alınıb
Maliyyə
6 Yanvar , 2015 16:20
Azərbaycanda avtomobillərin icbari sığorta bazarı 2% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 931 464 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 70 mln. manatı ötüb. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Əvvəlki ilə nisbətən sığorta müqavilələrinin sayında 2,1%, sığorta haqlarının məbləğində isə 2% artım müşahidə edilib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının 2013-cü və 2014-cü illər üzrə müqayisəsi aşağıdakı cədvəldə göstərilib:

      

Son iki ildə bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının aylar üzrə bölgüsü aşağıdakı cədvəllərdə əks olunub:

Son xəbərlər

Orphus sistemi