​Azərbaycanda avtomobillərin ehtiyat hissələri üzrə amortizasiya ayırmaları müəyyən olunacaq

​Azərbaycanda avtomobillərin ehtiyat hissələri üzrə amortizasiya ayırmaları müəyyən olunacaq Zakir Kərimzadə: "Sığorta tələbləri ilə bağlı vahid metodologiya olmalıdır"
Maliyyə
24 İyun , 2016 16:19
​Azərbaycanda avtomobillərin ehtiyat hissələri üzrə amortizasiya ayırmaları müəyyən olunacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanda sığorta tələblərinin tənzimlənməsi, sığorta ödənişlərinin verilməsi ilə bağlı vahid metodologiya tətbiq olunmalıdır. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası" adlı seminarda "Audatex-Azerbajan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, avtomobillərin ehtiyat hissələrini satan mağazalardan fərqli olaraq sığorta şirkətləri 18%-lik əlavə dəyər vergisinin ödəyicisi deyil: "Son nəticədə, qəzaya uğramış avtomobilin ehtiyat hissələrinin və ümumilikdə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı şirkətlərlə müştərilər arasında narazılıq yaranır. Sığorta şirkətləri avtomobilin sahibinə müəyyən məbləğdə kompensasiya ödəməkdə, maşının müştərinin özü tərəfindən təmir edilməsində maraqlıdır".

Z.Kərimzadə qeyd edib ki, vəziyyəti düzəltmək üçün istifadə olunan ehtiyat hissələri üzrə amortizasiya ayırmaları dərəcələrinin müəyyən edilməsi, bu sahədə vahid standartın tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi