Yuxarı

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər ötən il 6% artıb

Ödənişlərin 89%-i nəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü il ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 20 749 sığorta tələbi üzrə 26,833 mln. manat həcmində ödəniş həyata keçirilib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, 2013-cü illə müqayisədə iştirakçı sığorta şirkətləri tərəfindən təmin olunmuş sığorta tələblərinin sayında 12,5%, həyata keçirilmiş sığorta ödənişlərinin məbləğində isə 5,9% artım müşahidə edillib.

Ödənişlərin 23,91 mln. manatı nəqliyyat vasitəsinə dəyən zərər, 779 min manatı digər əmlaka dəyən zərər, 787 min manatı sağlamlığa dəyən zərər, 1,357 mln. manatı şəxsin ölümü üzrə həyata keçirilib. Müvafiq olaraq 2013-cü illə müqayisədə nəqliyyat vasitəsinə dəyən zərər üzrə ödənişlərdə 2,2%, sağlamlığa dəyən zərər üzrə 77,3%, şəxsin ölümü üzrə 2,1 dəfə artım, əmlaka dəyən zərər üzrə 5,2% azalma müşahidə olunub.

Qeyd edəık ki, 2014-cü ildə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığorta yığımlarının həcmi 70,688 mln. manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi