Azərbaycanda avtomobil sığortası ilə bağlı yeni təkliflər var

Azərbaycanda avtomobil sığortası ilə bağlı yeni təkliflər var ASA-da aktuarilərlə görüş keçirilib
Maliyyə
14 Sentyabr , 2015 11:33
Azərbaycanda avtomobil sığortası ilə bağlı yeni təkliflər var

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılılığı ilə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndələri və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən 21 aktuarinin iştirakı ilə görüş keçirilib.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, görüşdə avtomobillərin könüllü sığortası tarifləri ilə bağlı müzakirələr aparılıb. Xidmətin nümayəndələri bildiriblər ki, bu sığorta növündə sığorta tarifləri hesablanarkən “Aktuar hesablamaların aparılmasına dair Təlimat”ın tələblərinə riayət olunmalıdır. Belə ki, hər bir aktuari hesabladığı tarifi buna uyğun müəyyən etməlidir. Hər bir sığorta şirkətinin məsul aktuarisi KASKO sığortası ilə bağlı tarifləri müəyyən edən zaman bunu əsaslandırmalıdır. Yəni, avtomobil sığortası bazarında rəqabət mühitini nəzərə alaraq müəyyən edilən orta tarifdən aşağı tarif verilərsə, bunun səbəbləri izah edilməlidir.

Məqsəd ondan ibarətdir ki, avtomobilin könüllü sığortası ilə bağlı tariflər doğru müəyyənləşdirilərək zərərliyin sığortaçıların maliyyə sabitliyinə zərər vura biləcək səviyyəyə qalxmasının qarşısı alınsın. Müzakirə zamanı bildirilib ki, qeyd olunan tələblərə riayət edilməməsi aktuarilərin məsuliyyətə cəlb edilmələrinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi