​Azərbaycanda avronun rəsmi məzənnəsi 6 aylıq maksimuma yüksəlib

​Azərbaycanda avronun rəsmi məzənnəsi 6 aylıq maksimuma yüksəlib Dolların məzənnəsi devalvasiyasından sonra ən minimal həddə düşüb
Maliyyə
24 Avqust , 2015 10:04
​Azərbaycanda avronun rəsmi məzənnəsi 6 aylıq maksimuma yüksəlib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi milli valyutanın fevralda həyata keçirilən 34%-lik devalvasiyasından sonra minimal həddə düşüb, avro isə son 6 ayın ən maksimal səviyyəsinə yüksəlib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu gün dolların məzənnəsi 1,0470 AZN/USD, avronun məzənnəsi isə 1,1994 AZN/EUR səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra Azərbaycanda dolların minimal məzənnəsi mayın 18-də (1,0471 AZN/USD), maksimal məzənnəsi isə aprelin 13-də (1,0537 AZN/USD) qeydə alınıb.

Vahid Avropa valyutasının minimal rəsmi məzənnəsi aprelin 16-da (1,1016 AZN/EUR), maksimal isə mayın 18-də (1,1969 AZN/EUR) müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi