Azərbaycanda audit müqavilələrinin 68%-i "Böyük 4-lük"lə bağlanılır

Azərbaycanda audit müqavilələrinin 68%-i "Böyük 4-lük"lə bağlanılır Bakı. 1 may. REPORT.AZ/ 2017-ci ildə fəaliyyət göstərən 45 sərbəst auditor və 77 auditor təşkilatı ilə təsərrüfat subyektləri arasında 53 626 060 manat məbləğində 4 826 müqavilə ağlanıb.
Maliyyə
1 May , 2018 15:49
Azərbaycanda audit müqavilələrinin 68%-i Böyük 4-lüklə bağlanılır

Bakı. 1 may. REPORT.AZ/ 2017-ci ildə fəaliyyət göstərən 45 sərbəst auditor və 77 auditor təşkilatı ilə təsərrüfat subyektləri arasında 53 626 060 manat məbləğində 4 826 müqavilə ağlanıb.

“Report” bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Bağlanmış müqavilələrin xüsusi çəkisi "Böyük 4-lük" üzrə sayına görə 10,8% və məbləğinə görə 68,2%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 10,1% və məbləğinə görə 19,4%, yerli auditor təşkilatları üzrə sayına görə 55,7% və məbləğinə görə 8,3%, sərbəst auditorlar üzrə sayına görə 23,4% və məbləğinə görə 4,1% təşkil edib.

2016-cı il ilə müqayisədə 2017-ci ildə bağlanmış müqavilələrin sayı 3 540-dan 4 826-ya qədər, yəni 1286 ədəd və ya 36,3% artıb, məbləği isə 56 862 165,5 manatdan 53 626 060,2 manata qədər, yəni 3 236 105,3 manat və ya 5,7% azalıb.

Böyük dördlük üzrə müqavilə sayı 575-dən 523-ə qədər, yəni 52 ədəd və ya 9,0%, məbləği 40 523 293,1 manatdan 36 555 480,3 manata qədər, yəni 3 967 812,8 manat və ya 9,8% azalıb, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilə sayı 446-dan 485-ə qədər, yəni 39 ədəd və ya 8,7% artıb, məbləği 10 605 935,3 manatdan 10 393 341,9 manata qədər, yəni 212 593,4 və ya 2,0% azalıb, yerli auditor təşkilatları üzrə müqavilə sayı 1531-dən 2 688-ə qədər, yəni 1157 ədəd və ya 75,6%, məbləği isə 3 905 117 manatdan 4 463 225 manata qədər, yəni 558 108 manat və ya 14,3% artıb, sərbəst auditorlar üzrə müqavilə sayı 988-dən 1130-a qədər, yəni 142 ədəd və ya 14,4%, məbləği isə 1 827 820 manatdan 2 214 012 manata qədər, yəni 386 192 manat və ya 21,1% artıb.

Son xəbərlər

Orphus sistemi