Yuxarı

Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı işçi qrupu yaradılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yaratdığı qrupunun ilk iclası olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Bu barədə “Report”a Palatadan bildirilib. 

Məlumata görə,  yerli sığorta bazarının xüsusiyyətlərinə, kənd təsərrüfatı sahəsində vəziyyətə və dövlət siyasətinə uyğun gələn aqrar sığorta modelinin seçilməsi üçün beynəlxalq təcrübə öyrənilib, uğurlu kənd təsərrüfatı sığortası mexanizminə malik ABŞ, Türkiyə, İspaniya, Avstriya, Kanada, Almaniya, İsrail və s. ölkələrin təcrübəsi araşdırılıb: “Kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlardan biri də Türkiyənin TARSİM modelinin daha yaxından araşdırılması olub. Bu məqsədilə Palatanın əməkdaşları Türkiyəyə ezam edilərək həmin modeli daha yaxından öyrəniblər, həmçinin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən Azərbaycan hökumətinə təklif edilən Azərbaycanda Aqrosığorta mexanizminin yaradılması Layihəsi ətraflı şəkildə araşdırılıb və IFC-nin ekspertləri ilə ətraflı müzakirə edilərək Azərbaycan üçün perspektivləri qiymətləndirilib. Bu sahədə görülən işlərin daha səmərəli və operativ həyata keçirilməsi, ölkə üçün ən optimal kənd təsərrüfatı sığortası modelinin müəyyən edilməsi və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işçi qrupu yaradılıb”.

Artıq işçi qrupunun ilk iclası keçirilib. İclasda kənd təsərrüfatı sığortası mexanizminin əhəmiyyəti, mövcud problemlər, atılacaq addımlar müzakirə olunub. İşçi qrupunun qarşısına qısa müddət ərzində beynəlxalq təcrübəni bir qədər də öyrənmək, uyğun modelin seçilməsini təmin etmək və ölkə iqtisadiyyatına töhfə verən kənd təsərrüfatını risklərdən qorunma mexanizmini yaratmaq öhdəliyi qoyulub. 

İclasda vurğulanıb ki, kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi aqrar sahəyə biznesin marağını və investisiyaları artıracaq, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə imkan verəcək. Son nəticədə kənd əhalisinin həyat səviyyəsini yüksələcək, urbanizasiyanın və ölkədən miqrasiyanın qarşısı alınacaq, yeni iş yerlərinin açılacaq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədli maliyyə alətləri aktivləşəcək, 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi