Azərbaycanda aqrar məhsulların sığortası üzrə zərərlilik kəskin artıb

Azərbaycanda aqrar məhsulların sığortası üzrə zərərlilik kəskin artıb Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta üzrə 1 324 136 manat sığorta haqqı toplanılıb.Bu ...
Maliyyə
8 Avqust , 2017 17:19
Azərbaycanda aqrar məhsulların sığortası üzrə zərərlilik kəskin artıb

Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta üzrə 1 324 136 manat sığorta haqqı toplanılıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Yarın il ərzində aqrar məhsullarının sığortası üzrə həyata keçirilmiş ödənişlər isə yığımlardan 6,13% çox – 1 405 366 manat olub. Başqa sözlə, sözügedən sığorta növündə zərərlilik təxminən 106% təşkil edib.

Halbuki, 2016-cı ilin I yarısında Azərbaycan sığortaçıları kənd təsərrüfatı bitkilərinin sığortasından əldə etdikləri 414 798 manat sığorta haqqının heç 1 manatını belə ödənişə yönəltməyiblər. Yəni, zərərlilik nisbəti 0% olub. 

Son xəbərlər

Orphus sistemi