Azərbaycanda aqrar bankın yaradılması imkanları müzakirə olunur

Azərbaycanda aqrar bankın yaradılması imkanları müzakirə olunur Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, eləcə də “Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırığına uyğun olaraq, Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə görüş keçirilib.
Maliyyə
6 Mart , 2020 12:53
Azərbaycanda aqrar bankın yaradılması imkanları müzakirə olunur
istock

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, eləcə də “Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırığına uyğun olaraq, Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə görüş keçirilib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Görüşdə qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılmış, kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, eləcə də onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, bütövlükdə daşınmaz əmlakın girovu mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, girovda olan daşınmaz əmlakın bazarının aktivləşdirilməsi, eləcə də kreditlərin zəmanət mexanizminin yaxşılaşdırılması məsələlərinə diqqət verilib.

Qeyd edək ki, görüşdə həmçinin kənd təsərrüfatı subyektlərinin hesabatlığının və şəffaflığının artırılması, o cümlədən ailə-fermer təsərrüfatlarının bələdiyyə orqanları tərəfindən qeydiyyatı, onların kooperasiyalaşması, pilot olaraq müəyyən edilmiş kənddə başlanılmaqla ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları da nəzərdən keçirilib.

Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri də ətraflı müzakirə edilib.

Görüşün sonunda kənd təsərrüfatının, kənd yerlərinin və fermerlərin maliyyələşdirilməsi mexanizminin araşdırılması məqsədilə Mərkəzi Bankın və Kənd Təsərrüfatı Nazirliyinin birgə iştirakı ilə Layihə Qrupunun yaradılması barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi