Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətləri açıqlanıb

Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətləri açıqlanıb Rüfət Aslanlı: "Tədbirlər hökumətdə yüksək siyasi iradə ilə dəstəklənir"
Maliyyə
23 İyun , 2016 11:03
Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətləri açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Bu gün sığorta şirkətləri maliyyə və idarəetmə potensialına görə, dayanıqlı və iqtisadiyyatda rol oynayan institusional qurumlara çevrilib. İcbari sığortanın institusionallaşması istiqamətində mühüm nəticələr əldə olunub".

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən beynəlxalq sığorta forumunda çıxışında bildirib. 

R.Aslanlı deyib ki, son 5 ildə sığorta sektorunun formalaşması, maliyyə sektorunun mühüm elementinə çevrilməsi istiqamətində işlər görülüb: "Sığortanın hüquqi bazası formalaşıb və möhkəmləndirilib. Hüquqi platforma effektiv fəaliyyət üçün yetərlidir".

"Builki forum iqtisadi dinamikada yeni baxışların meydana çıxmasına yardım edəcək. Tədbir maraqlı bir dönəmdə təşkil olunub. Son 5-6 ay ərzində hökumət islahatlarla məşğuldur. Son 15 ildə həm regional, qlobal miqyasda rifahın artım tempinə görə lider mövqeyə malik ölkələrdən biridir. Hökumət iqtisadiyyatın şaxələndirilməsi, çox mühüm islahatlar həyata keçirib. Bu dövrdə iqtisadiyyatın həcmi artıb, iqtisadiyyatda yüksək kapitallaşmaya nail olunub. Azərbaycan azgəlirli ölkələrdən yuxarı ortagəlirli ölkələr siyahısına yüksəlib", - deyə MBNP rəhbəri qeyd edib.

"Bir müddət əvvəl enerji daşıyıcılarının qiymətinin enməsi Azərbaycana təsirsiz ötüşməyib. Bu gün həyata keçirilən islahatların məqsədi əvvəlki yüksək rifahın alternativ, qeyri-neft iqtisadiyyyatı vasitəsilə təmin olunmasıdır", - deyən R.Aslanlı bildirib ki, iqtisadi islahatlar əsasən 4 istiqaməti əhatə edir.

"Birincisi, dayanıqlı makroiqtisadi mühitin yardılması üzərində işləyirik. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya iqtisadi vasitələrlə idarə olunan çərçivədədir. İkincisi, biznesin tranzaksiya xərclərinin azaldılmasını təmin edəcək iqtisadi mühitin formalaşdırılmasıdır. Tədbirlər hökumətdə yüksək siyasi iradə ilə dəstəklənir. Üçüncüsü, sərmayə və maliyyə xidmətlərinə geniş çıxışın təmin edilməsidir. Fəaliyyət müddətimizdə islahatların üçüncü istiqamətində yeni tədbirlər planını müəyyən etmişik və artıq icrasına başlamışıq. Bu, həm bank sekrtorunda, sığortada kapital bazarında fəaliyyəti əhatə edir. Bunlar hökumət tərəfindən həyata keçirilən geniş islahatlar proqramının prioritetlərindəndir. İslahatların gündəliyi biznesin effektivliyini, investorların marağını artıracaq. Həmçinin, sığortadan istifadə edənlərin məmnunluğunu təmin edəcək“, - deyə R.Aslanlı qeyd edib.

Son xəbərlər

Orphus sistemi