Azərbaycanda aktivlərin idarə olunması üçün daha bir lisenziya verilib

Azərbaycanda aktivlərin idarə olunması üçün daha bir lisenziya verilib Bu lisenziya “Trust Asset Management” MMC-yə verilib
Maliyyə
3 Noyabr , 2014 09:48
Azərbaycanda aktivlərin idarə olunması üçün daha bir lisenziya verilib
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Trust Asset Management” MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyətlə məşğul olmaq üçün lisenziya verilib. Bu barədə "Report"a QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, bu lisenziya “Trust Asset Management”ə müddətsiz təqdim edilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir. 

Son xəbərlər

Orphus sistemi