Yuxarı

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilib

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilib

Bu gündən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilib.

“Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.

Məlumata görə, həmin dəyişikliklər “Vergi Məcəlləsi”nin 33.7.1-ci maddəsinin iki yarımbəndində qeyd edilir.

Məhz həmin maddədə göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Qanunun 190-cı maddəsinə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata, nazik siqaretlərin (siqarilla), həmçinin tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata dəyişdirilir, energetik içkilərin hər litri üçün aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.

Bundan başqa, bu ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi