Yuxarı

​Azərbaycanda adambaşına 50 manat sığorta haqqı toplanacaq

ASA:sığorta bazarının 62%-i könüllü formalaşıb

Bakı.16 sentyabr. REPORT.AZ/ Azərbaycan bazarında toplanan adambaşına sığorta haqqının 50 manata çatdırılması gözlənilir. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, əvvəlki ayla müqayisədə sığorta bazarında artım dinamikası avqustda nisbətən azalıb və bu azalma yayda aktivliyin az olması ilə bağlıdır: "Sentyabr-oktyabr aylarında aktivliyin artması ilə ilin sonuna adambaşına sığorta haqqının proqnozlaşdırılan rəqəmə çatdırılması mümkündür. Qeyd edək ki, keçən il adambaşına sığorta haqqı 45-46 manat olub".

ASA sədri əlavə edib ki, sığorta bazarının 62%-i könüllü formalaşıb. Onun sözlərinə görə, qarşıdakı 3-4 ildə bazarın 1/3-ni həyat sığortası əhatə edəcək.

Qeyd edilib ki, yanvar-avqust aylarında toplanmış sığorta haqlarının 26,2%-i və yaxud 82 mln. manatı həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,4% genişlənib.

Həyat sığortası üzrə ödənişlərin məbləği isə 32,8 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 28,2%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 60,5% çoxdur.

O.Bayramov həmçinin oktyabrın 4-5-də kasko sığortası üzrə tarifləri ilə bağlı sığorta şirkətlərinin təkliflərinin müzakirəsi həyata keçiriləcək. Onun sözlərinə görə, əsas məqsəd kasko sığortada balanslaşdırılmış tarifin tətbiqidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi