​Azərbaycanda 70-dən çox sığorta agentinin lisenziyası ləğv edilib

​Azərbaycanda 70-dən çox sığorta agentinin lisenziyası ləğv edilib Həmin şəxslər tələb olunan hesabatları Maliyyə Nazirliyinə vaxtında təqdim etməyiblər
Maliyyə
29 İyul , 2015 11:29
​Azərbaycanda 70-dən çox sığorta agentinin lisenziyası ləğv edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanda sığorta agenti fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib. "Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) məlumat yayıb. 

Sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etmədiklərinə görə Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 7 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb. Lakin həmin 80 nəfər fiziki şəxslərdən 71 nəfərinin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxslərə sığorta verilmiş müddətsiz lisenziyalar Nazirliyin müvafiq əmri ilə ləğv edilib.

Siyahı ilə DSNX-nin veb-saytında tanış olmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi